Ermənistanda Paşinyan daxil olmaqla məmurların əmlakı yoxlanılacaq

12:08 | 23.11.2022
Ermənistanda Paşinyan daxil olmaqla məmurların əmlakı yoxlanılacaq

Ermənistanda Paşinyan daxil olmaqla məmurların əmlakı yoxlanılacaq

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə  Komissiyası Milli Təhlükəsizlik xidmətinə onlara məxsus əməliyyat-axtarış qrupunun bütün dövlət məmurlarının əmlakının yoxlaması tələbi ilə rəsmi müraciət edib.  Məqsəd məmurların bəyan edilməyən biznesi, daşınmaz və ya daşınar əmlakı var barədə informasiya əldə etməkdir. Bu barədə Ermənistanın Joqovurd qəzeti etibarlı mənbələrə istinadən məlumat verir. 

"Öyrəndik ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası çoxsaylı dövlət rəsmilərinin - Ermənistanın baş naziri, baş nazirin müavinləri, parlament sədri, deputatlar və s. adlarını çəkib. Hüquq-mühafizə orqanlarının yoxlamalarının hansı nəticələrə gətirib çıxaracağını öyrənmək üçün hadisələri izləyəcəyik. Onlar real olacaqlar, yoxsa sadəcə təqiblərə səbəb olacaqlar bilmək olmaz”, - nəşr qeyd edib.

"Joqovurd” qəzeti bir qədər əvvəl yazmışdı ki, Ermənistanın hökumət rəsmiləri bu günlərdə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasından bildirişlər alıb. 
 
Bildirişdə komissiya dövlət məmurlarına konkret suallar verib və onların konkret biznes və ya əmlakın idarə edilməsi ilə əlaqələri barədə məlumatlandırılmalarını tələb edib.  Kütləvi dinləmələrin keçiriləcəyi və  məmurların fəaliyyətinin ifşasına  başlanılıcağı  istisna edilmir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM