Ermənistanda Paşinyanı tənqid edən 802 nəfərə cinayət işi açılıb - Hüquq müdafiəçisi

11:48 | 14.03.2023
Ermənistanda Nikol Paşinyanı tənqid edən 802 nəfərə cinayət işi açılıb, bunu hüquq müdafiəçisi Səidə Qocaman Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatın təqdim olunma mərasimində deyib.

O bildirib ki, Ermənistanı demokratik ölkə adlandırmaq olmaz.

2020-ci ilin axırlarında Ermənistanda xalq baş nazir Nikol Paşinyana qarşı ayağa qalxmışdı: "Həmin vaxt Ermənistanda həbs olunan jurnalistlərə işgəncələr verilib. Nikol Paşinyana və onun hakimiyyətinə qarşı çıxan jurnalistlərin dilə gətirdikləri ağır təhqirlərə görə Ermənistanda 802 nəfərə cinayət işi açılıb. Bizim hesabatımız genişdir. Bunu Avropa İttifaqına və hüquq müdafiə sahəsində beynəlxalq təşkilatlara göndərəcəyik. Qərb siyasətçiləri və jurnalistlərinin Ermənistanı Qafqazın ən demokratik ölkəsi kimi təqdim etmələri əsassızdır. Çünk bu ölkədə insanların toplaşma azadlığına, söz azadlığına mane olur”.

Səidə Qocamanlı vurğulayıb ki, Azərbaycanın Vətən mühairəsindəki qələbəsindən sonra Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın tərəfdarlarları həbs olunub, bir deputat qətlə yetirilib.

Hüquq müdafiəçisi hesab edir ki, Ermənistanda olan insan hüquqları pozuntuları Azərbaycanla müqayisəedilməz dərəcədə çoxdur. .
O, Azərbaycana qarşı ikili standartların aradan qaldırılmasını tələb edirlər: "Həmişə Ermənistanda insan hüquqlarının yüksək səviyyədə olduğunu iddia edirlər. Hardadır bu insan hüquqları? Bu hesabat göstərir ki, Ermənistanda olan insan hüquqları pozuntuları Azərbaycanla müqayisəedilməz dərəcədə çoxdur. Bu məsələdə Azərbaycanla Ermənistanı tərəzinin eyni gözünə qoymaq olmaz".
 
Azərbaycan Hüquqmüdafiə Təşkilatlarının Monitorinq Qrupu "Ermənistan: Demokratiya və İnsan hüquqları (2018-2023)” hesabat sənədi hazırlayıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb