“Yeni tariflərə keçidlə bağlı işçi qrupu işləyir”.
“Armrosqazprom”un səhmlərinin 20 faizinin Rusiya tərəfinə satılmasından sonra, ölkədə əhaliyə satılan qazın qiyməti də aşağı salınacaq.
Oxu.Az Qaynar.info-ya istinadən xəbər verir ki, Ermənistan mətbuatın yaydığı məlumata görə, bu barədə Ermənistan Respublika Partiyasının rəhbəri Qalust Saakyan jurnalistlərlə görüşü zamanı məlumat verib.
Yeni tariflərə keçidlə bağlı verilən sualı cavablandıran Saakyan bildirib ki, hazırda məsələ ilə bağlı işçi qrupu işləyir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !