Ermənistanda qiymətlər qalxdı

09:21 | 15.08.2014
Ermənistanda qiymətlər qalxdı

Ermənistanda qiymətlər qalxdı

Ermənilər bu il az ət yeyəcəklərYayın əvəlindən münbit keçməyən hava şəraiti Ermənistanda meyvələrin məhvinə gətirib çıxarıb.ANS PRESS-in məlumatına görə, buna uyğun olaraq ölkədə meyvə və tərəvəz mallarında bahalıq müşahidə olunub. Belə ki, paytaxt İrəvanda pərakəndə satışda almanın qiyməti 1.4, armud 1.3, şaftalı isə 1.2 dəfə artıb.Qıtlıq ucbatından bazarlarda əriyin qiyməti 5 dəfə artaraq, Ermənistan üçün rekord həddə çatıb. İndi kasıb erməni vətəndaşları özlərinə heç olmasa, çürük ərik ləzzəti yaşatmaq üçün 1.8 min dramlarından (təq. 4 manat) keçməli olacaqlar. Keyfiyyətli əriyin qiyməti isə 2 min dramdan artıqdır.Tərəvəz bazarında yarısının xaricdən təmin edildiyi sarmısaq, soğan və turpu nəzərə almasaq, çox böyük dəyişiklik sezilməyib.Ət bazarında da yaşanan bahaçılıq ermənilərin bu il çoxlu ət yeməkləri yeyə biləcəyini şübhə altına qoyur. Bazarlarda təkcə donuz ətinin qiyməti 22 faiz artıb.Meyvə tərəvəz bazarını yazın ağır keçməsi ilə əlaqələndirən ermənilər, çörəyin qiymətinin qalxmasını inflyasiya ilə əlaqələndirirlər. Ölkədə əsas qidalar sırasında yer alan çörək inflyasiya ucbatından həm artıb, həm də yayılan şayiələrə görə çəkisi azaldılıb.Bundan əlavə inflyasiyaya baxmayaraq, son günlər dolların da düşməsi xarici valyutadan asılı ölkənin vətəndaşlarını əziyyətə salır.Qeyd edək ki, bütün qonşularına torpaq iddiasında olan Ermənistan regional iqtisadi layihələrdən kənarda qalaraq xaricdən gələn yardım maliyyəsindən asılı bir ölkədir.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM