Rusiya Federasiyası (RF) hökuməti Ermənistanda RF-nin hərbi bazasının yerləşdirilməsi bəndləri haqqında Rusiya-Ermənistan sazişinə dair protokolu təsdiq edib.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Rusiya daha əvvəl ona Atsik kəndindəki verilən hərbi şəhərciyi Ermənistana qaytaracaq.
Eyni zamanda, Ermənistan RF-yə Yerevan və Gümridəki iki şəhərciyi təhvil verəcək. Bununla da Ermənistanda yerləşdirilən Rusiya hərbi bazalarının sayı 21-ə çatacaq.
RF Müdafiə və Xarici İşlər nazirliklərinə protokolun mətninə prinsipial dəyişklik etmədən Ermənistan tərəfi ilə danışıqlar aparmaq tapşırılıb.
Trend
Bizi sosial şəbəkələrdə izləyin !