Ermənistandakı daşqınlarda 4 nəfər ölüb - Video - Yenilənib

12:37 | 27.05.2024
Ermənistandakı daşqınlarda 4 nəfər ölüb - Video - Yenilənib

Ermənistandakı daşqınlarda 4 nəfər ölüb - Video - Yenilənib

Ermənistanın şimalında daşqın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

 "Sputnik-Armeniya”ya xəbər verir ki, bu barədə "Vətəndaş müqaviləsi” partiyasının deputatı Aren Mkrtçyan sosial şəbəkələrdəki hesabında yazıb.
 
 
26 may 21:34
 
Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb.Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Fəlakət zonasında üç qurban var. Xilasedicilər Sanain körpüsünün yaxınlığında naməlum vətəndaşın meyitini çıxarıblar. Hağtanak kənd sakini 1948-ci il təvəllüdlü Avaq Avaqyanın meyiti Ayrım kəndindəki futbol meydançasının yaxınlığından çaydan çıxarılıb. 1985-ci il təvəllüdlü Sarıbek Balyanın meyiti Şınıx kəndi yaxınlığında çaydan çıxarılıb”, – DİN-in məlumatında qeyd olunub.

 
 13:54

Ermənistanın şimalında daşqınlar nəticəsində azı bir nəfər ölüb, binalar və infrastruktur dağılıb.Bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu gün Ermənistan Yol Departamenti Debed çayının daşması nəticəsində yaranmış daşqın səbəbindən Ermənistandan Gürcüstana gedən avtomobil yollarından birinin bağlandığını elan edib.

Nikol Paşinyanın fərmanı ilə vəziyyəti idarə etmək üçün operativ qərargah yaradılıb.
 
Alaverdi şəhərində yanacaqdoldurma məntəqələrindən birində kompressorlar su altında qalıb. İlkin məlumata görə, qısaqapanma nəticəsində partlayış baş verib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM