Ermənistanda son sutkada 22 nəfər koronavirusdan ölüb

11:11 | 30.11.2020
Ermənistanda son sutkada 22 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada 22 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 356 nəfərdə koronavirus aşkarlanıb.

Anews.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 135 124 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 2 164-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 538-ə yüksəlib. İndiyədək 108 442 nəfər infeksiyadan sağalıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM