Yerevanda trolleybus sürücüləri tətil keçirirlər.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, onlardan bəziləri işdən çıxmaq barədə ərizə yazıblar.
Buna səbəb sürücülərin sutkada 16-17 saat işləməyə məcbur edilməsidir. Üstəlik, müdiriyyət iş saatının artırılmasına rəğmən, əvvəlki kimi 40 min dram (87 manat) maaş vermək niyyətindədir.
Sürücülərin tətili 4 gündür davam edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !