Ermənistanda daha bir nazir müavini işdən çıxarılıb.
Ermənistan mətbuatı xəbər verir ki, baş nazir Karen Karapetyanın sərəncamı ilə fövqəladə hallar nazirinin müavini Aykaram Mxitaryan vəzifəsindən uzaqlaşdırılıb.
A.Mxitaryanın öz ərizəsi əsasında işdən çıxarıldığı bildirilir.
Prezidentin fərmanı ilə müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılmış Ara Nazaryan baş nazirin digər sərəncamı ilə A. Mxitaryanın yerinə təyin edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !