Ermənistanın əmək və sosial məsələlər üzrə nazirliyinin tibbi sosioloji ekspertiza agentliyinin rəisi Armen Soğoyan və onun tabeliyində olan işçilər tərəfindən rüşvət alma faktı üzrə cinayət işi məhkəməyə göndərilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanın Kentron və Nork Maraş rayon məhkəməsində keçiriləcək ilk məhkəmə iclası 16 oktyabr tarixinə təyin edilib.
İttiham aktına əsasən tibbi sosioloji ekspertiza agentliyinin rəisi Armen Soğoyan tabeliyindəki komissiya sədrlərini toplayaraq müxtəlif vaxtlarda külli miqdarda (1 milyon 528 min dram) rüşvət alıb.
İttiham olunanlardan Armen Soğoyan və Aram Petrosyan həbs olunsa da, digərləri zaminə buraxılıb. Həbs edilən Soğoyanın vəkili Hayk Alumyan işlə əlaqədar hər hansı açıqlama verməkdən imtina edib.
Qeyd edəki ki, nazirlik daxilində qurulan rüşvət şəbəkəsinin aşkarlandığı və həbs edildiyinə dair məlumat Ermənistan Milli Təhlükəsizlik xidməti tərəfindən 2016-cı ilin dekabr ayında yayılmışdı.
Agentliyin rəhbəri Soğoyanın iş otağında aparılan yoxlamalar zamanı rayon komissiya rəhbərləri tərəfindən verilən 2 milyon 547 min dram və 600 ABŞ dolları məbləğində vəsait maddi sübut kimi götürülüb. Məlum olub ki, vətəndaşlara əlillik dərəcəsinin təyin edilməsi istiqamətində qurulan korrupsiya şəbəkəsinə İrəvan şəhərinin 2 komissiya sədri və 9 rayon komissiya sədri daxildir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !