Ermənistanda yanaraq ölən hərbçilərin komandiri 2 ay müddətinə həbs olunub

10:59 | 18.03.2023
Ermənistanda məhkəmə yanaraq ölən hərbçilərin komandiri kapitan Yegiş Akopyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə "Sputnik Armenia” məlumat yayıb.

Kapitan Yegiş Akopyanın adı Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğınla bağlı cinayət işində hallanır.

Bu il yanvarın 19-da Azad kəndindəki hərbi hissədə yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi həlak olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb