Ermənistandan kütləvi köç davam edir - 114966 nəfər

21:48 | 03.11.2014
Ermənistandan kütləvi köç davam edir - 114966 nəfər

Ermənistandan kütləvi köç davam edir - 114966 nəfər

Bu ilin ilk 9 ayı ərzində Ermənistanı 114966 nəfər tərk edib.APA TV-nin məlumatına görə, bu rəqəm ölkədən gedənlərlə qayıdanlar arasında fərqi göstərir. Bu il Ermənistan sərhədlərindən xaricə 1 milyon 225 min 545 nəfər gedib, Ermənistana qayıdanların sayı isə 1 milyon 110 min 579 nəfərdir. Ermənilərin özünə təsəlli verəcəyi tək məqam ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə ölkəni tərk edənlərin sayının cüzi azalmasıdır. 2013-cü ilin ilk doqquz ayında Ermənistandan 122 min 191 nəfər köçüb. Yerli ekspertlər qış fəslinin gəlməsi ilə əlaqədar ölkədən gedənlərin sayının daha da artacağını proqnozlaşdırırlar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM