Ermənistandan sığınacaq istəyən Orucovlar ailəsi İrəvandadır

17:08 | 05.02.2014
Ermənistandan sığınacaq istəyən Orucovlar ailəsi İrəvandadır

Ermənistandan sığınacaq istəyən Orucovlar ailəsi İrəvandadır

 Ermənistandan sığınacaq istəmiş azərbaycanlı Cavid Orucov və onun ailə üzvləri hazırda İrəvan şəhərindədir.APA-nın “Azadlıq” radiosunun erməni xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən bildirilib. Təhlükəsizlik səbəbi ilə ailənin konkret harada qaldığı haqda məlumat verilmir. Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qagik Yeqanyan Orucovlar ailəsinin bu struktura müraciət etdiyini təsdiqləyib və hazırda bu müraciətin araşdırıldığını vurğulayıb: “Araşdırmamızda əsas məqsəd budur ki, müraciətdə göstərilən faktların həqiqətə nə dərəcədə uyğun olduğunu və bu insanlara qarşı doğrudan da təhdid və təqib təhlükəsinin olub-olmadığını müəyyənləşdirək”.   Azərbaycanla diplomatik əlaqələri olmayan Ermənistanın bunu necə aydınlaşdıracağına dair sualı cavablandıran Q. Yeqanyan qeyd edib ki, müraciət edən digər bir çox şəxs var ki, onların ölkələri ilə də diplomatik münasibətlər yoxdur: “Bu, problem deyil. Bizim əməkdaşlarımızın istifadə etdiyi müvafiq mənbələr var və bu məsələdə BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının ofisi bizə kömək edir”. A. Yeqanyan bəyan edib ki, Cavid Orucovun söylədiklərinin həqiqət olduğu ortaya çıxarsa, sözsüz ki, ailəyə Ermənistanda sığınacaq veriləcək. Qeyd edək ki, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımı ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun guya erməni əsilli Bakı sakini, 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb. Orucovlar Gürcüstan ərazisindən “Baqratşen” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Ermənistana keçiblər. Ermənistan KİV-inin məlumatına görə, C. Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələlik bu məsələyə münasibət bildirməyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti