Ermənistanı Dağlıq Qarabağda böyük partlayış gözləyir

11:57 | 14.09.2017
Ermənistanı Dağlıq Qarabağda böyük partlayış gözləyir

Ermənistanı Dağlıq Qarabağda böyük partlayış gözləyir

Qəzetlərin yazdığına görə, Ermənistan Dağlıq Qarabağda böyük partlayış gözləyir.

Payızın gəlməsi ilə Ermənistanda siyasi fəallıq yüksəlib. Hakim Respublika Partiyasının yuxarı elitası toplaşaraq öz rəhbərləri Serj Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə danışıqları barədə söhbətini dinləyib. Sarkisyan bildirib ki, həmişə olduğu kimi bu görüş mehriban şəraitdə keçib, ancaq əvvəlkilərdən seçilib. "Qraparak” qəzetinin qeyd etdiyinə görə, amma Serj Sarkisyan fərqin nədə olduğunu izah etməyib.

Yada salaq ki, iki ölkə rəhbərinin danışıqlarından sonra Ermənistan NATO-nun Gürcüstandakı hərbi təlimlərindən imtina etdi. Yerli ekspertlər qeyd edirlər ki, Putinlə görüşdə elə mövzulara toxunulub ki, Sarkisyan İərvanda bu barədə danışmaq istəməyib. Özü də bu, 2018-ci ildə bütün hakimiyyətin təhvil veriləcyi yeni baş nazirin təyinindən öncəki son payızdır.

"Joxovurd” qəzeti parlament partiyalarından birinin lideri Qaqik Sarukyandan soruşub ki, Sarkisyanın baş nazir seçilməsindən sonra xalq üsyanı mümkündürmü? O fikirləşərək bildirib ki, əgər xalq Sarkisyanın əleyhinədirsə, niyə səslərini inandığı başqa birinə verməyib?

Əslində Sarukyan fikir yayındırır. O gözəl bilir və bu barədə Avropa Birliyinin İrəvandakı səfiri də dəfələrlə deyib ki, Ermənistandakı seçkilər hər şeyin yol verildiyi faciə tamaşasıdır - istədikləri adamı seçdirmək üçün hər şeydən - rüşvətdən, təhdiddən, insanların səsini pulla satın almaqdan və s.-dən istifadə edirlər. Amma bir şey aydındır - Sarukyan bəyan etdi ki, o, hakim partiyanın nümayəndəsini dəstəkləyəcək.

Bu gün erməni mətbuatını yalnız yeni baş nazirin seçilməsi deyil, həm də Dağlıq Qarabağdakı vəziyyət maraqlandırır. Onlar orada böyük partlayış gözləyirlər. "Haykakan jamanak” qəzeti redaksiya məqaləsində yazır ki, Ermənistan Qarabağ cəbhəsində dəyişikliklər barədə gözləmə vəziyyətində donub. "Hiss olunur ki, ciddi hadisələr, hətta partalyış də gözlənir”,- deyə məqalədə bildirilir.

Yada salaq ki, sentyabr ayının 20-də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü orlacaq. Elman Məmmədyarovun sözlərinə görə, məhz orada Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması müzakirə ediləcək. Erməni qəzetlərini və siyasətçilərini nəyin narahat etdiyi indi aydın olur.

Ola bilər ki, rəsmi İrəvan hətta bu görüşün baş tutmamasına çalışacaq. İndi KİV-in Dağlıq Qarabağa bu qədər diqqət göstərməsinin səbəbi aydındır.

Erməni siyasətçilərinin taleyi barədə çox narahat olduğu rusiyalı bloqgerin sözləri isə onlar üçün tabutun qapağına vurulan sonuncu mismarın səsini xatırladır. Yada salaq ki, Aleksandr Lapşin İlham Əliyevə məktubunda qeyd edib ki, o, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olmasının məhz indi anlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM