Ermənistanın 4 Azərbaycan kəndini qaytarması ümidverici irəliləyişdir – Ceyhun Bayramov

19:10 | 23.04.2024
Ermənistanın 4 Azərbaycan kəndini qaytarması ümidverici irəliləyişdir – Ceyhun Bayramov

Ermənistanın 4 Azərbaycan kəndini qaytarması ümidverici irəliləyişdir – Ceyhun Bayramov

Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kəndinin bu yaxınlarda danışıqlar yolu ilə qaytarılması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir.Bunu aprelin 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində "CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.

Çıxışında, nazir ölkənin xarici siyasətinin əsas istiqamətləri, Azərbaycan-Çexiya münasibətlərinin cari vəziyyəti və perspektivləri, postmünaqişə dövrünün reallıq və çağırışları, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin hazırkı durumu, habelə Azərbaycanın geniş bölgədə enerji təhlükəsizliyi, nəqliyyat və komunikasiya sahəsində gördüyü işlərdən bəhs edib.
Müasir çağırışlarla effektiv mübarizə sahəsində Azərbaycanın regional əməkdaşlıq formatlarının təşviqində aktiv iştirak etdiyi, xüsusilə iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətlərində birgə layihələrin irəlilədilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasından, ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunmasından sonra regionda sülh və etimad quruculuğu istiqamətində yeni imkanların yarandığını diqqətə çatdırıb.

Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kəndinin bu yaxınlarda danışıqlar yolu ilə qaytarılmasının sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyiş olduğu bildirilib.

Azərbaycanın COP29 sədrliyi, aparılan danışıqlar prosesi ilə bağlı görüş iştirakçılarını məlumatlandıran nazir Ceyhun Bayramov, sədrliyin öz növbəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsinə verdiyi əhəmiyyəti səciyyələndirdiyini qeyd edib.

Daha sonra, nazir görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb