AzVision.az xəbər verir ki, "april2016.am" adlanan sayt aprel döyüşləri ilə bağlı ən çox verilən sualları qərəzli və birtərəfli şəkildə cavablamaqla, Azərbaycan cəmiyyətinin düşüncəsinə təsir etməyə çalışır.
Məlumata görə adıçəkilən sayt "Armses elmi və təhsil mərkəzi" ictimai təşkilatı və İrəvan Dövlət Universitetinin Strateji Araşdırmalar Mərkəzi tərəfindən yaradılıb.
Şübhə yox ki, sayt Ermənistan xüsusi xidmət orqanları tərəfindən kurasiya olunur. Məqsəd Azərbaycan Ordusunun aprel qələbəsinə kölgə salmaq, insanlar arasında çaşqınlıq yaratmaqdır.
Oxucularımızı bu kimi saxta məlumatlara inanmamağa, düşmənin təxribatının qarşısı almaq üçün informasiya savaşında aktiv olmağa çağırırıq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !