Avropa Birliyi (AB) və Ermənistan arasında bağlanması nəzərdə tutulan və geniş reklam edilən tərəfdaşlıq sazişində nəhəng dəlik yaranıb.
AB İrəvandan atom bombası texnologiyası ilə layihələndirilmiş və qərblilərin məcazi şəkildə "stasionar atom bombası” adlandırdığı Metsamor Atom Elektrik Stansiyasının (AES) dərhal bağlanmasını tələb edir. Bu, Ermənistanda böyük gərginlik yaradıb.
İqtisadçılar, hərbçilər, müxtəlif düşərgələrdən olan siyasətçilər bildirirlər ki, bu, Ermənistanı yeni energetika böhranına düçar edə bilər. Erməni ekspertlərinin fikrincə, AB-nin AES-in bağlanması tələbinin altında Ermənistanın mövqelərini zəfilətmək və onu 1990-cı illərin əvvəlinin qaranlıq və soyuq aylarına qaytarmaq niyyəti yatır.
Ekspertlər hesablayıblar ki, müasir texnologiyalı yeni atom enerjisi blokunun tikintisi Ermənistana 5 milyard dollara başa gələ bilər. Bu məbləğ bu ölkə üçün çox yüksəkdir.
24 noyabrda Brüsseldə Ermənistan və AB arasında tərəfdaşlıq barədə sənədlər zərfinin imzvalanması baş tutmalıdır. Yerli ekspertlərin fikrincə, bu təntənəli tədbir hazırda çox böyük sual altındadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !