Ermənistanın baş nazirinə qarşı məhkəmə iddiası qaldırılıb

19:30 | 24.05.2019
Ermənistanın baş nazirinə qarşı məhkəmə iddiası qaldırılıb

Ermənistanın baş nazirinə qarşı məhkəmə iddiası qaldırılıb

Ermənistan Milli Akademik Opera və Balet Teatrının keçmiş direktoru və bədii rəhbəri Konstantin Orbelyan baş nazir Nikol Paşinyanı və mədəniyyət naziri Nazəni Qəribyanı məhkəməyə verib.

"Report” xəbər verir ki, məhkəmə xəbərləri portalında yerləşdirilən məlumata görə, amerikalı dirijor Orbelyan mədəniyyət naziri səlahiyyətlərinin Nazəni Qəribyana həvalə etməklə bağlı baş nazirin 14 yanvar 2019-cu il tarixli qərarını, həmçinin onun teatr direktoru vəzifəsinə xitam verməklə bağlı əmrinin etibarsız sayılmasını tələb edir.

Bu davada Milli Akademik Opera və Balet teatrı üçüncü tərəf qismində iştirak edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb