Gün doğur, Sunikin sərhəd zolağında yaşayan erməni kəndilisi qoyun -quzusunu yaylıma çıxarır, az sonra qarşıda dalğalanan üçrəngli bayraq görünür.
Çoban dayanır, qoyunlar isə dünyadakı mövcud qaydalardan, beynəlxalq hüqudan xəbərsiz damaqlarında qalan tamın ardınca sərhədi keçməyə çalışırlar.
Amma ortada bir problem var: Sünikin Aravus kəndinin torpaqları çox azdır. Müharibədən də qabaq yüz il boyunca çomağını qalıdırb, çiyninə düyünləyən çoban sürüsünün ardınca sərhəddi keçir, ucsuz-bucaqsız, münbit Azərbaycan torpaqlarını istismar edərdilər.
Xoren ac qamış heyvanları ilə Azərbaycan bayrağının altındakı posta yanaşır, qoyunlarını burda otarmaq üçün hərbçilərimizə yalvarır.
Bu çoban nə siyasət bilir, nə ona Qarabağ maraqlıdır, ona yalnız və yalnız ac qalmış heyvanları - hansı ki, həyatda qalmaq üçün tək şansıdır, onlar maraqlıdır.
Erməni çobanı günmüzün Ermənistanının simvoludur, yeganə arzusu yaşamaq naminə Azərbaycana yalvarmaq, dalğalanan məğrur bayrağımızın altında həyat imkanlarını qazanmaqdır.
Çoban əlini-qolunu sallayaraq, qorxmadan silahlı hərbçilərimizə yaxınlaşır, yalvarır və o daha yaxşı ba.şa düşərək mühakimə yürüdür: Necə olar ki, Gürcüstanda, Rusiyada azərbaycanlılar ermənilərlə normal yaşayır, onları heç də süngüyə keçirmirlər.
Çoban 30 il Ermənistanı səfalətə məhkum edən Qarabağ Komitəsi üzvlərinin yaşayan lənətidir.
O lənət ki, Birinci müharibə dövründə yaradılan komitənin kasıb üzvləri – Petrosyan, Sarkisyan, Koçaryan bu gün ER-nın ən varlı adamlarıdır, amma Çoban acdır, sürüsü otsuzdur.
Deməli həm də adi erməni çobanı tarixi aqibətin yalnız məhkumluqdan, bunu etməyə məcbur olmaqdan ibarətliliyini daha praktiki başa düşür.
Bir il əvvəl isə bu çoban da, onun qoyunları da əslində işğalçı idi, amma bu gün...
Qalibiyyət təkcə haqlı olmaq deyil, tarixin gedişatını da dəyişməkdir, birgəyaşayışa məhkum olanlar kimi...
STM MX rəhbəri
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !