Bu ilin sonuna Ermənistanın xarici borcu ümumi daxili məhsulun (ÜDM) 58,8%-inə çatacaq. İstiPress-in məlumatına görə, əksər yerli və xarici ekspertlər ölkənin defolta getdiyini vurğulayırlar.
Defoltdan sonra isə ölkənin iqtisadi durumu qat-qat pisləşə bilər -
ölkənin beynəlxalq reytinqinin kəskin aşağı düşməsi xarici sərmayələri
tam dayandıra bilər. Nəticədə, Ermənistanda xeyli iş yeri bağlana bilər,
işsizlik və ölkədən miqrasiya daha da artar. Onsuz da bu məsələdə
Ermənistanın vəziyyəti arzuolunan deyil və hakim klanın ölkədən
çıxardığı vəsaitlər 2017-ci ilin birinci yarısında artaraq 60 milyon
dollara yaxınlaşıb.
İrəvanda mətbuat konfransı keçirən Ermənistan maliyyə naziri Vardan
Aramyan bildirib ki, 2016-cı ilin sonuna Ermənistanın dövlət borcu 5,9
milyrd dollar olub, bu ilin sonuna kimi isə 6,67 milyard dollara
çatacaq. Ermənistanın ÜDM-i isə 10,5 milyard dollar ətrafında dəyişir.
Beləliklə, keçmiş baş nazir Hrant Baqratyanın hələ bir il qabaq dediyi kimi Ermənistan dayanmadan defolta doğru gedir:
"Dövlət daima borc götürür, belə templərlə defolt tezliklə
başlayacaq",- deyə Hrant Baqratyan 2016-cı ilin noybarında bildirmişdi.
Ermənistan iqtisadçılarının fikrincə, alınan kreditlər təyinatı üzrə
işlədilməyib və ölkədə istehsal artımına səbəb olmayıb. Böyük ehtimalla,
Ermənistan iqtisadiyyatın müxtəlif sahələri üçün aldığı vəsaitləri ya
Qarabağı işğal altında saxlamaq üçün qeyri-rəsmi şəkildə hərbi sahəyə
yönəldib, ya da vəsaitlər korrpusiya sxemi ilə mənimsənib. İstənilən
halda, pullar təyinatından bu iki variantın birləşdiyi sxemlə
kənarlaşdırılıb: ilk öncə, vəsaitlər saxta sənədlər əsasında
nağdlaşdırılıb, daha sonra isə qeyri-rəsmi şəkildə artan hərbi
ehtiyaclara yönəldilib.
Təbii ki, hakim Qarabağ klanının təmsilçiləri həmin vəsatlərin xeyli
hissəsini mənimsəyiblər. Nəticə isə aydındır: həmin pulların geri
qaytarılmasına imkan verəcək iqtisadi sahələr qurula bilməyib. Bunun
nəticəsidir ki, hazırda Ermənistan xarici borclarına xidmət etməklə
bağlı çətinlik yaranıb və ölkə defolta yaxınlaşır.
Azərbaycanda fəaliyyət göstərən Siyasi İnnovasiya və Texnologiya
Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu İstiPress-ə müsahibəsində bunun
səbəblərini açıb:
"Dövlət borcunun ÜDM-dəki payı 2016-cı ilin sonunda 56,6% olub,
2017-ci ilin sonuna kimi 58,8%-ə çatacaq. İlk öncə, bu, rəsmi rəqəmdir.
Reallıqda ismə borc səviyyəsi yüksəkdir. Həm də məsələ rəqəmdə deyil,
borc səviyyəsi daha yüksək ola bilər, əsas məsələ ölkənin borca xidmət
etmək qabiliyyətindədir. Dövlət borclarına xidmət edə bilmirsə, defolt
yaranır. Reallıq budur ki, Ermənistanın daxilində borca xidmət etməyə
imkan verən imkanları yoxdur”.
Ekspertin sözlərinə görə, butün beynəlxalq qurumlar bunu bilirlər və buna görə də bu ölkəyə kredit vermirlər:
"Gələn 10 milyon dollar ətrafındakı kreditlər də köhnə müqavilələr
üzrə daxil olur. Son iki ildə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu,
Beynəlxalq Maliyyə Korporasiyası kmi qurumlardan heç biri Ermənistan
üçün kredit ayırmayıb”.
Mübariz Əhmədoğlu bildirir ki, iri dövlətlər də Ermənistana borc
məsələsinə çox ciddi yanaşırlar və verilən pulların təyinatdan kənar
xərclənməməsi üçün ciddi nəzarət sistemi qurublar:
"Məsələn, Rusiya Mesamor Atom Elektrik Stansiyasının təmiri üçün 300
milyon dollar ayırıb, bunun 270 milyon borcdur, 30 milyon dolları isə
donor yardımı. Rusiya həmin 270 milyon dolların təyinatı üzrə
işlədilməsi üçün ciddi nəzarət aparır. ABŞ-a gəldikdə isə, 8 milyard
dollar vəsait təklif edir, amma şərti Ermənistanın Rusiyadan
ayrılmasıdır. Həmin pullar da yalnız Ermənistanın enerji müstəqilliyinin
təmin edilməsinə yönəldilə bilər. Çünki Ermənistanı enerji
müstəqilliyinə çıxarmqa istəyir. Fransa isə Ermənistana 20-30 milyon
dollar ayırıb ki, o da Ermənistanın su təchizatının yaxşılaşdırılması
üçün nəzərdə tutulub və xərclənməsi üzərində ciddi nəzarət var”.
Ekspertin sözlərinə görə, Rusiyada yaşayan erməni iş adamları bir ara
Ermənistan iqtisadiyyatına 5 milyard dollara yaxın sərmayə qoymağa söz
verdilər, baş nazir Karen Karapetyan bu barədə çox danışdı, amma daha
sonra Kremlin müdaxiləsindən sonra bu barədə söhbətlər dayandı.
Mübariz Əhmədoğlu Ermənistanın Rusiyadan silahlanma üçün 200 milyon
dollar kredit ayırması məsələsinldə toxunub: "O silahlardan sonra Rusiya
yeni kredit ayırmağa tələsmir. Amma ermənilər müxtəlif üsullarla şantaj
edərək Rusiyanı daha 500-600 dollarlıq kredit xətti açmağa vadar etməyə
çalışırlar. Bunun üçün gah İsraillə danışıqlar aparır, gah da Çinə
səfər edirlər. Amma Rusiya da yeni kreditə hələ ki, razılıq vermir.
Bilir ki, müasir silah bazarında kreditlə iş görmürlər. Yəni anlayır ki,
Ermənistanın pulu olmadığına görə ona silah satmayacaqlar. Ona görə də
hələ ki, Ermənistanın bu şantajına fikri vermir”.
İstənilən halda, Ermənistanın təcrübəsi göstərir ki, Qarabağ
münaqişəsində qələb çalmaq üçün Azərbaycan ordu ilə yanaşı,
iqtisadiyyatını da gücləndirməlidir və gücünü tək Ermənistanla deyil,
həm də onun havadarları ilə döyüşəcək səviyyəyə qədər qaldırmalıdır.
Ölkə əhalisinin sayının azlığı və ya çoxluğu bu məsələdə əsas deyil.
Məsələn, əhalisi 8,6 milyon nəfər olan İsrailin ordusu dünya üzrə 11-ci
ordudur. Yəni Azərbaycan da çalışsa, ordusunu dünya üzrə ən güclü 20
ordudan birinə çevirə bilər. Onda region ölkələrinin heç biri heç nəyə
Azərbaycanla müharibəyə girməyi istəməz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !