Ermənistanın milli qəhrəmanı həbs edilib

Ermənistanın milli qəhrəmanı, general-mayor Tiran Xaçatryan həbs edilib.Bu barədə "Sputnik Ermənistan” xəbər verir.
Onun həbsi İkinci Qarabağ müharibəsi ilə bağlıdır.Bu barədə Tiran Xaçatryanın vəkili Varazdat Arutyunyan məlumat yayıb.
Xaçatryan milli qəhrəman adını 2020-ci ilin oktyabrında alıb və bu adı ona Baş nazir Nikol Paşinyan verib. Lakin sonradan general gözdən düşüb və 2021-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb.
Buna səbəb Xaçatryanın Paşinyanın "İsgəndər” raketləri ilə bağlı bəyanatına cavab olaraq ironik açıqlamaları olub. General dəfələrlə hakimiyyətin siyasətinə tənqidi qiymətlər verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 