• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Ermənistanın nəqliyyat naziri sərhəd demarkasiya prosesindən danışıb

Ermənistanın nəqliyyat naziri sərhəd demarkasiya prosesindən danışıb
12.07.2024 14:25
Sərhəd Demarkasiyası Komissiyası seçdiyi rejimə uyğun olaraq işləyir. Bunu Ermənistan mətbuatı ölkənin Nəqliyyat, rabitə və informasiya nazirinin birinci müavini Hakob Arşakyana istinadən yazıb. 
 
"Məndə olan məlumata görə, prosesin dondurulması yoxdur, işlər rəvan davam edir", - o bildirib. 
 
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib ki, Azərbaycanla Ermənistan arasında Tavuş kəndində başlanan delimitasiya prosesinin 90%-i icra olunub.

Azərbaycan Prezidenti İlham Əliyev daha əvvəl bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi heç bir ölkənin müdaxiləsi olmadan iki ölkə arasında razılaşdırma əsasında aparılır.

Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İspaniyada fövqəladə vəziyyət elan edilib - Yenilənib
Dünya 23:23
İspaniyada fövqəladə vəziyyət elan edilib - Yenilənib
İsrail HƏMAS-ın 5 illik atəşkəs təklifini rədd edib
Dünya 22:30
İsrail HƏMAS-ın 5 illik atəşkəs təklifini rədd edib
Kavelaşvili İrəvana səfər edib
Dünya 20:16
Kavelaşvili İrəvana səfər edib
Pakistan Hindistana xəbərdarlıq edib
Dünya 20:15
Pakistan Hindistana xəbərdarlıq edib
Avropanın 4 ölkəsi işıqsız qalıb
Dünya 16:11
Avropanın 4 ölkəsi işıqsız qalıb
Mayın 7-də yeni Papa seçiləcək
Dünya 15:38
Mayın 7-də yeni Papa seçiləcək
Netanyahu mayın 8-də Bakıya səfər edə bilər
Dünya 14:22
Netanyahu mayın 8-də Bakıya səfər edə bilər
Türkiyədə olan miqrantların sayı açıqlanıb
Dünya 13:23
Türkiyədə olan miqrantların sayı açıqlanıb
Türkiyə Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır
Dünya 10:32
Türkiyə Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol