11 sentyabr 2017-ci ildə Ermənistan parlamentində "Beynəlxalq Elmi Texniki mərkəzin fəaliyyətinin davam etdirilməsi haqqında” razılaşmanın təsdiq edilməsi zamanı "YELK” (çıxış) qrupunun rəhbəri Nikol Paşinyan, Elm və Təhsil nazirliyinin Elmi Dövlət Komitəsinin sədri Samvel Harutyunyana, Ermənistan Respublikası de-yure nüvə silahı yaratmaq və bu istiqamətdə araşdırma aparmaq hüququna malikdirmi? sualı ilə müarciət edib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan hökumətə bir neçə sual ünvanlayıb. "Doğrudanmı bu razılaşma Ermənistanın imkanlarını məhdudlaşdırmır” – deyə qrup rəhbəri bildirib. Paşinyan son zamanlar cəmiyyət və ekspertlər tərəfindən müzakirə mövzusu olan bu məsələyə münasibət bildiriləcəyinə ümid etdiyini deyib:
"Əks halda yazılı müraciət edəcəm. Müzakirə olunan məsələnin nüvə silahına aid olduğunu nəzərə alaraq, Ermənistanın hansı beynəlxalq razılaşmalarla məhdudlaşdığını bilmək yaxşı olardı” - deyə o qeyd edib.
Onun növbəti sualı isə belə olub – "Ermənistanda nüvə silahı yaratmaq üçün elmi potensial vamı?. Bu gün bizim müvafiq mütəxəssislərimiz varmı, yoxsa artıq onlar 10.000 dollar əmək haqqı müqabilində qayıtmamaq şərtilə Ermənitsanı tərk ediblər?”.
Paşinyanın növbəti sualı - "Bu gün Ermənistanda bu kimi məsələləri həyata keçirməyə texniki potensialın olub-olmadığı haqqında olmuşdur”.
Xatırladaq ki, keçmiş baş nazir, parlamentin keçmiş deputatı Hrant Baqratyan bəyan edib ki, Ermənistanın nüvə silahı var.
Paşinyanın suallarına cavab olaraq Samvel Harutyunyan bildirib: "Nüvə silahının istifadəsi və yayılmasını tənzimləyən razılaşmalarla bağlı sualı hökumətə vermək lazımdır, cünki mən konkret olaraq hansı razılaşma ilə nə edilməsi nəzərdə tutulduğuna dair cavab verməyə hazır deyiləm. Ancaq Ermənistan əlbəttə ki, bu məsələləri tənzimləyən bir çox razılaşmaları imzalayıb”.
İkinci Ermənistanda nüvə silahı yaratmaq üçün müvafiq texnologiyaları bilən mütəxəssislər varmı sualına: " Bəli bu gün Ermənistanda və ondan kənarda erməni əsilli mütəxəssislər var və istənilən vaxt bu problemlə məşğul ola bilərlər”.
Texniki vasitələrlə bağlı suala gəldikdə isə: " Çox təəssüf ki, indi Ermənistanda belə problemləri həll etmək üçün texniki vasitələr yoxdur. Bu ciddi vəsait tələb edir, indi Ermənistanda belə imkan yoxdur”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !