Ermənistanın sabiq polis rəisi həbs edilib

17:48 | 04.12.2021
Ermənistanın sabiq polis rəisi həbs edilib

Ermənistanın sabiq polis rəisi həbs edilib

Ermənistanda keçmiş polis rəisi Vardan Minasyan həbs edilib.
 
Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.
 
O, tabeliyində olan bölmənin rəhbəri ilə birlikdə xüsusilə külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi prosesini təşkil etməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.
 
 V.Minasyan 2015-2016-cı illərdə polisin dövlət təhlükəsizliyi baş idarəsinin rəisi vəzifəsində çalışıb.(News.am)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM