Ermənistanın sülhə ehtiyacı var - Paşinyan

10:47 | 29.05.2024
Ermənistanın sülhə ehtiyacı var - Paşinyan

Ermənistanın sülhə ehtiyacı var - Paşinyan

Ermənistanın təhlükəsizliyi təmin etməsi üçün sülhə ehtiyacı var. Bunu Ermənistan mətbuatı ölkənin baş naziri Nikol Paşinyana istinadan yazıb.
 
"Ermənistanın indiyədək həyata keçirdiyi təhlükəsizlik konsepsiyası təhlükəsizliyi təmin etmir, təhlükələr yaradır. Artıq təhlükəsizlik kifayət deyil, çünki sülh lazımdır. Təhlükəsizliyi təmin edə bilən sülhdür", - Paşinyan mayın 29-da 2023-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın ilkin müzakirəsi zamanı bildirib.
 
Bir müddət öncədən başlayaraq Ermənistanda Paşinyanın istefa verməsi üçün mitinqlər keçirilir. Mücalif nümayəndələr və partiyalar "Paşinyan get" adlı aksiyalar keçirir. Etiraz aksiyaları Qazaxın 4 kəndinin demarkasiya və delmitasiya prosesindən sonra başlayıb. 
 
Paşinyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır və sərhədlər müəyyən edilməlidir. 
 
Hazırda hər iki ölkə arasında sülh istiqamətində də danışıqlar prosesi davam edir. 
 

Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM