Ancaq bu il bu ölkədə 6 min şagird məktəbləri tərk etməyə məcbur olub
Ermənistanın təhsil nazirliyi həyəcan təbili çalır. "Son üç tədris ilində ölkəmizdə məktəblilərin sayı 8 min azalıb".
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan parlamentində çıxış edən təhsil nazirinin müavini Karine Arutyunyan deyib.
Onun sözlərinə görə, bu il 6 min şagird ailəsi yaşayış yerini birdəfəlik tərk edib, başqa ölkələrə getdiyi üçün məktəblərdən uzaqlaşıb. Bütün bunlar isə birbaşa olaraq ölkənin iqtisadi vəziyyətinin pis olması ilə bağlıdır. Buna görə, həmdə demoqrafik artımda kəskin şəkildə azalıb.
"Təhsil nazirliyi heç cürə ölkə iqtisadiyyatının böyüməsinə təsir edə bilməz. Təhsil müəssisələrində yerlərin azalması isə tamamilə bağalanmasına səbəb ola bilər. Xüsusislə kənd yerlərində", deyə o deputtalra müraciət edib.
Erməni mətbuatı isə yazır ki, Serj Sarkisyan bu da məhz bu ərəfədə öz nəvələri ilə İrəvan heyvanxanasında aparılan bərpa işlərindən sonra baş çəkib. Görünür ki, bu obyekt prezident üçün "çiçəklənən" Ermənistanın təhsil məsələsindən daha önəmlidir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !