Ermənistanın beynəlxaql valyuta ehtiyatları azalmaqda davam edir.
Modern.az Ermənistanın "Aykakan jamanak” qəzetinə istinadən xəbər verir ki, sentybarın sonu üçün bu göstərici 1 milyard 625 milyon 500 min dollar olub. Halbuki, avqustun sonu üçün bu rəqəm 20 milyon dollar daha çox idi.
"Ötən il sentyabrın sonlarında Ermənistanın valyuta ehtiyatları 1,663 milyard dollar təşkil edib. Bu, son 4 ilin ən aşağı göstəricisidir.
Düzdür, ehtiyatlar beynəlxalq təşkilatlardan alınan kreditlər və strateji obyektlərin satışı hesabına bəzən artsa da, son illər ehtiyatların azalması xroniki hal alıb”, - qəzet yazır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !