Ermənistanla Çinin 5 milyonluq hərbi razılaşması

16:20 | 27.12.2013
Ermənistanla Çinin 5 milyonluq hərbi razılaşması

Ermənistanla Çinin 5 milyonluq hərbi razılaşması

Ermənistan Müdafiə naziri Seyran Ohanyan Çin Mərkəzi Hərbi Şura rəhbəri, general Xu Qiliang və müdafiə naziri general Chang Wanquanla görüşüb.Görüşdə tərəflər, əlaqələri və iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığı yaxşılaşdırmaq qərarına gəliblər.ANN.Az-ın KarabakhİNFO.com-a istinadən verdiyi xəbərə görə, görüşdə general Xu Qiliang ikitərəfli hərbi əlaqələrin son illərdəki inkişafını məmnuniyyətlə qarşıladıqlarını, Çin Silahlı Qüvvələrinin Ermənistan ordusuyla olan dostluğunu təqdir etdiyini ifadə edib.General Chang Wanquan isə mövcud layihələr öz yerində, tərəflər arasında əməkdaşlığı daha da genişləndirməyin vacib olduğunu bildirib.Görüşdə Ermənistan Müdafiə naziri Çinlə əlaqələrin ölkə xarici siyasətində prioritet olduğuna diqqət çəkib. Ermənistanın  Çinlə hərbi əməkdaşlığının münasibətlərə daha böyük töhfə olacağını ifadə edib.Görüşün sonunda iki ölkənin müdafiə nazirləri həcmi 5 milyon yuan təşkil edən əvəzsiz illik hərbi yardım razılaşması imzalanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM