Ermənistanla Rusiya arasında şok razılaşma - FOTO

12:42 | 27.06.2019
Ermənistanla Rusiya arasında şok razılaşma - FOTO

Ermənistanla Rusiya arasında şok razılaşma - FOTO

Ermənistan və Rusiya yeni silah tədarükü haqqında saziş bağlayıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan və Rusiya Müdafiə Sənayesi şirkətləri "Ordu - 2019" Beynəlxalq Hərbi-Texniki Forumunda hərbi əməkdaşlıqla bağlı bir sıra müqavilələr imzalayıb.Bundan başqa, hərbi ləvazimatların tədarükü üçün daha bir neçə razılaşmanın əldə
olunması planlaşdırılıb
.

Ermənistanın müdafiə sənayesi naziri Avetik Kerobyan "Zvezda" telekanalına açıqlamasında bildirib ki, ölkələr arasında texniki əməkdaşlıq çox dinamik şəkildə inkişaf edir: "Biz Rusiya ilə hərbi məhsulların tədarükü üçün yeni müqavilələr imzalamışıq və imzalayırıq. Ermənistan və Rusiya müəssisələri arasındakı əlaqələrdə inkişaf var və bu istiqamətdə müəyyən addımlar atılır".

Qeyd edək ki, forum 25-30 iyun tarixləri arasında baş tutacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb