• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanla sülh bağlamaq üçün şans yaranıb - Elçin Əmirbəyov

Ermənistanla sülh bağlamaq üçün şans yaranıb - Elçin Əmirbəyov
24.04.2024 15:10
Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması üçün real şans yaranıb. Bunu Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. 
 
"Azərbaycanla Ermənistan bu gün sülhə heç vaxt olmadığı qədər yaxındırlar. İki ölkə arasındakı  razılaşma (delimitasiya ilə bağlı) tərəflərin ikili əsasda birbaşa təması nəticəsində və hər hansı kənar üçüncü tərəfin iştirakı olmadan əldə olunub. Bu onun göstəricisidir ki, biz məsələləri özümüz həll edə bilərik. İkinci məqam ondan ibarətdir ki, Ermənistan özü bizim torpağımızdakı işğalı sonlandırmağa qərar verdi və bu, hərbi yolla deyil, diplomatik yolla baş tutdu. Sonuncu məqam ondan ibarətdir ki, bu, Azərbaycana qarşı səsləndirilən fikirlərin – guya Azərbaycan Ermənistana qarşı hücuma hazırlaşır və qalan məsələləri güc yolu ilə həll etmək niyyətindədir yanaşmasının həqiqət olmadığını göstərdi”", - APa Əmirbəyovun BBC-yə müsahibəsinə istinadla yazıb. 
 
Əmirbəyov vurğulayıb ki, hələ iki ölkə arasında həll olunmayan məqamlar var. 

Bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı və İrəvan sülh sənədini imzalamağa həmişəkindən daha yaxındır. 
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib. 

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 

 
Gülnar Nazimqızı 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol