Ermənistanla sülh istiqamətində danışıqlar davam edir - Nazir

13:02 | 26.07.2024
Ermənistanla sülh istiqamətində danışıqlar davam edir - Nazir

Ermənistanla sülh istiqamətində danışıqlar davam edir - Nazir

Hazırda Azərbaycanla Ermənistan arasında sülh istiqamətində danışıqlar prosesi davam edir. Bunu xarici işlər naziri Ceyhun Bayramov iyulun 26-da jurnalistlər üçün keçirilən brifinqdə deyib.  
 
Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində danışıqlar davam edir", - nazir bildirib. 
 
Bir gün əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın sülh sənədi ilə bağlı təklifləri üzərində işləməsi ilə bağlı açıqlama yayıb. 
 
Bundan əvvəl Rusiya da iki ölkə arasında sülhün imzalanması üçün platforma olması ilə bağlı təklif edib. 
 
Bundan əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində açıq sualların sayı xeyli məhdudlaşıb.

İyunun 20-də Ermənistan Azərbaycanla yaxın bir ay ərzində sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM