Ermənistanla Türkiyə arasında sərhədlərin açılması Azərbaycanla münasibətlərə bağlıdır - Türkiyə XİN

15:57 | 14.12.2023
Ermənistanla Türkiyə arasında sərhədlərin açılması Azərbaycanla münasibətlərə bağlıdır - Türkiyə XİN

Ermənistanla Türkiyə arasında sərhədlərin açılması Azərbaycanla münasibətlərə bağlıdır - Türkiyə XİN

Ermənistanla Türkiyə arasında sərhədlərin açılması Azərbaycanla münasibətlərə bağlıdır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidani deyib.

"Biz bu məsələdə dəstəyimizi ilk gündən Azərbaycana göstəemişik. Ermənistanla sərhədləri açılması sülh müqaviləsi sənədinin yekunlarına dair məsələyə bağlıdır",- nazir söyləyib.
 
Türkiyə-Ermənistan srhədlərinin açılmasınn mümkünlüyünü Türkiyə prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından  sonra bildirib. 

1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə onu tanıyan ilk ölkə Türkiyə olub. Lakin il sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb.  Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi olub. 
 
2023-cü il yalvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. 
 
Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.

Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM