Aprelin 29-da Minskdə Avrasiya İqtisadi Şurasının toplantısı keçiriləcək.Avrasiya İqtisadi Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Rusiya, Qazaxıstan və Belarus prezidentləri iştirak edəcək. İclasda həmçinin Ermənistan və Qırğızıstan prezidentlərinin iştirakı gözlənilir. Ermənistan KİV-inin yaydığı məlumata görə, toplantı zamanı Ermənistanın Gömrük İttifaqına üzvlüyü haqda saziş imzalanacaq. Sənədi Rusiya, Qazaxıstan, Belarus və Ermənistan prezidentləri imzalayacaqlar.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !