Ərzaq təhlükəsizliyi ilə bağlı 455 milyon manat xərclənib
2021-ci il ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 455 milyon manat xərclənib, bu da ötən il ilə müqayisədə 13% çoxdur, bu barədə Baş Nazir Əli Əsədov Milli Məclisdə hesabatı zamanı deyib.
"Sahibkarlıq inkişaf fondu tərəfindən verilən güzəştli kreditlərin 59%-i aqrar sektora yönəldilib. Sosial cəhətdən həsas kateqoriyadan olan vətəndaşların sosial müdafisəni gücləndirmək məqsədilə ödənilən sosial ödənişlərin,əmək pensiyalarının,sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. Minimum əmək haqqı 250 manatdan 300 manata çatdırılıb. 800.000 min işçinin maaşı 20% faiz artırılıb ki, bu da illik 460 milyon manat təşkil edib" baş nazir bildirib.
2022-ci il üzrə əmək haqqı,pensiyalar və digər sosial ödənişlərin artımı ilə bağlı sosial paket 3.4 milyon şəxsi əhatə edib. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2.1 milyard manat təşkil edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox