Əsas kapitala qoyulan vəsait 37,4% artıb

16:03 | 14.02.2024
Əsas kapitala qoyulan vəsait 37,4% artıb

Əsas kapitala qoyulan vəsait 37,4% artıb

2024-cü ilin yanvarında əsas kapitala 1553,0 milyon manat vəsait qoyulub ki bu da 2023-ci ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq yayımlanan hesabatında qeyd olunub. 
 
Bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,5%, qeyri neft qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 34,1% artıb.
 
Hesabat dövründə əsas kapitala ayrılan vəsaitin böyük faizi (45,5%) məhsul istehsalı sahələrinin payına düşüb. 
 
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib. 
 
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çox olub. 
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM