2024-cü ilin yanvar-aprelində əsas kapitala 5230,4 milyon manat həcmində investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur. Bu barədə Dövlət Statistika KOmitəsinin hesabatında qeyd olunub.
Hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 %, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 15,2 % artıb.
"4 ayda istifadə olunmuş investisiyanın 2828,9 milyon manatı (54,1%-i) məhsul istehsalı sahələrinə, 1979,3 milyon manatı (37,8 %-i) xidmət sahələrinə, 422,2 milyon manatı (8,1 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 4210,1 milyon manatını ( 80,5 %-ni) daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 3687,6 milyon manatı (70,5 %-i) bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub", - hesabatda qeyd olunub.
Bundan əvvəl BP tərəfdaşları ilə birlikdə Azərbaycanda və regionda layihələrə 84 milyard dollardan çox sərmayə qoyduğunu açıqlayıb.
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib.
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çox olub.
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.

Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !