Əsas magistral yollardan biri bağlana bilər

14:38 | 05.11.2015
Əsas magistral yollardan biri bağlana bilər

Əsas magistral yollardan biri bağlana bilər

Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsi bağlana bilər.

 Bu barədə "Report"a Şamaxı 9-saylı Yol İstismarı İdarəsindən məlumat verilib.

Respublikanının əsas magistral yollarından biri olan Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində torpaq sürüşməsi zamanı yolun alt və üst hissəsində çökmələr əmələ gəlib: "Yolun kənarında torpaq qatı sürüşərək avtomobillərin hərəkətinə mane olur. Yağışlı havalarda  torpaq sürşməsi daha da aktivləşir. Hazırda yolun 107, 106 və 109-cu kilometrliklərində sürüşmələr davam edir. Ümumilikdə 1 hektardan çox ərazini əhatə edən sürüşmə zolağı gündən-günə böyüyərək təhlükəni çoxaldır". 
İdarədən bildirilib ki, sürüşmə baş verən yollar təhlükəli olduğundan yollara "Diqqət sürşmə var" nişanları qoyulub, sürücülərin bu yolda ehtiyatlı olmaları barədə məlumatlandırılması üçün lövhələr quraşdırılıb". 

Yol İstismarı İdarəsindən verilən məlumata görə, ötən həftə yağan yağışlar Ağsu və İsmayıllı aşırımında da sürüşmələrin aktivləşməsinə səbəb olub: "Hazırda yol Şamaxı 9 saylı Yol İstismarı İdarəsinin diqqətindədir. Hər hansı bir şürüşmə hadisəsi təkrarlanarsa  təmir işlərinin aparılması üçün Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsi bağlana bilər".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM