Misirdə həddindən artıq istilər səbəbi ilə həyatını itirənlərin sayı 70-ə çatıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölənlərin 11-nin isə müalicə görməkdə olan əsəb xəstələri olduğu açıqlanıb.
Misir Səhiyyə Nazirliyinin sözçüsünün verdiyi açıqlamada bildirilib: "Həddindən artıq istilər səbəbi ilə ölkədə həyatını itirənlərin sayı 70-ə yüksəlib, ölənlərin 11-i isə Hanke Əsəb Xəstəxanasında müalicə görməkdə olan xəstələrdir”.
Misir Səhiyyə Nazirliyi vətəndaşlara məcbur olmadıqda günəşli havada çölə çıxmamaları çağırışını edib. Misirdə bu ayın əvvəlindən etibarən istilik Qahirədə 36-40, Luksor və Asvanda 45 , Aralıq dənizi ilə sahili olan bölgələrdə isə 30-35 dərəcə arasında dəyişir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !