ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Bəşər Əsəd koalisiya təyyarələrinin Suriyadakı hərbi əməliyyatları ilə bağlı İraq kimi üçüncü ölkələr vasitəsilə belə məlumatlar əldə etdiklərini bildirib: "Bizim aramızda dialoq yoxdur, sadəcə məlumat mübadiləsi var".
B.Əsəd BBC-yə verdiyi açıqlamada "Koalisiya qüvvələrinin hava hücumları ilə bağlı ABŞ-la heç bir əlaqəmiz yoxdur. Amma bəzən 3-cü ölkələr vasitəsilə - onların arasında İraq da var, bizə əsas bilgi verilir".
"Suriyanın İŞİD-ə qarşı koalisiyaya qoşulmasından söhbət belə gedə bilməz" - deyən prezident Bəşər Əsəd səbəbi haqqında belə deyib: "Bunun sadə bir səbəbi var: terrora dəstək verən ölkələrlə ortaqlığ etmərik".
Digər ölkələrlə işbirliyinə qarşı olmadığını dilə gətirən B.Əsəd ancaq amerikalı rəsmilərlə görüşməyi düşünmədiyini qeyd edib: "Bu ölkələr beynəlxalq hüququ çiynəməklə məşğuldur".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !