Əsəd də hərəkətə keçdi: Qadağalar başladı

14:03 | 15.03.2020
Əsəd də hərəkətə keçdi: Qadağalar başladı

Əsəd də hərəkətə keçdi: Qadağalar başladı

Suriya Prezidenti Bəşər Əsəd koronavirusla mübarizə aparmaq məqsədilə bəzi tədbirlərin görülməsini əmr edib.

Ölkədə məktəblər, universitetlər, texniki institutlar aprelin 2-nə kimi bağlanıb.
Bundan başqa dövlət idarələrində işləyənlərin iş saatları azaldılıb, barmaq izi sistemi də 1 aylıq aradan qaldırılıb.
Təhlükəsizlik tədbirləri nəticəsində bütün elmi, mədəni, social və idman fəaliyyətləri dayandırılıb, kafe və restoranlarda qəlyan qadağan edilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Hedin Haldorson bir neçə gün əvvəl verdiyi açıqlamasında Suriyanın səhiyyə sisteminin bu virusun öhdəsindən gələ bilməyəcəyini demişdi. (Axar.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM