Əsəd “hakimiyyətdən gedirəm” deməyə hazırlaşır - İDDİA

12:53 | 23.10.2015
Əsəd “hakimiyyətdən gedirəm” deməyə hazırlaşır - İDDİA

Əsəd “hakimiyyətdən gedirəm” deməyə hazırlaşır - İDDİA

Rusiya mətbuatı Moskvada Vladimir Putinlə görüşən Suriya lideri Bəşər Əsədin yaxın zamanda postundan gedəcəyini bəyan edəcəyi ilə bağlı bir açıqlama yayıb.

Modern.az-ın verdiyi xəbərə görə, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana ilk xaric ziyarətini paytaxt Moskvaya reallaşdıran prezident Bəşər Əsədin yaxın zamanda əhəmiyyətli bir bəyanat verəcəyi iddia edilib.

Rusiyanın lideri Vladimir Putinlə görüşün pərdə arxasına əli çatan "Kommersant "qəzeti isə yazıb ki, Suriya dövlət başçısının edəcəyi açıqlama ilə Suriyadakı böhranın gedişini dəyişdirə biləcək.

Qəzetdəki məlumata görə, Əsəd Putinlə 3 saat davam edən görüşünün ardından yaxın bir zamanda açıqlama verməyi qəbul edib. "Kommersant”a görə Əsəd açıqlamasında ölkəsindəki böhranın siyasi həlli üçün uzlaşmağı qəbul etdiyini, bu məqsədlə yaxın zamanda iqtidarı təhvil verəcəyini söyləyəcək.

Əsədin Moskvada "hərbi əməliyyatların ardından siyasi həll variantına keçilməsi” istiqamətində etdiyi vurğu, iqtidarı müəyyən bir müddətdən sonra buraxması variantını önə çıxarır. Putinin problemin həlli üçün Əsədə "bütün müxaliflərlə masaya oturması” ilə bağlı təzyiq etdiyi də iddia edilir. Keçdiyimiz günlərdə Rusiyanın ABŞ-a Əsədin 6 aylıq siyasi keçiş müddətinin ardından vəzifəsindən getməsini nəzərdə tutan bir plan təqdim etdiyi, planı Vaşinqtonla yanaşı,  Türkiyənin də təsdiq verdiyi irəli sürülüb. 
Bu vaxt Ağ Ev "öz xalqına qarşı kimyəvi silah istifadə edən Əsədin Moskvada qırmızı xalça ilə qarşılanmasını, Rusiyanın da hədəf olaraq göstərdiyi Suriyadakı siyasi keçiş prosesi ilə ziddiyyət təşkil edən bir vəziyyət olaraq gördüklərini” açıqlayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM