Suriya prezidenti Bəşər Əsəd İŞİD-lə mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlığın əsas olduğunu bildiribANN.Az xəbər verir ki, Şam şəhərində keçirilən iclasa qatılan prezident B.Əsəd "Yaşadığımız bölgə tarixi bir sınaqdan keçir. Bu hadisələrin nəticəsinin daha faciəli olmaması üçün ən önəmli faktor həqiqi və səmimi beynəlxalq əməkdaşlığın olmasından asılıdır" - deyə açıqlama verib.Daha sonra çıxışında bölgədə fəallığı ilə seçilən terror qruplaşmaları haqqında danışıb: "İŞİD və onun nəzarətində olan qruplaşmalar yoxdan var olmayıblar. Onlar Suriyaya müharibə elan edən xətalı və müharibə istəyində olan siyasətin nəticəsində meydana gəldi".Qeyd edək ki, bu yaxınlarda ABŞ prezidenti Barak Obama öz çıxışlarının birində heç bir halda İŞİD-lə mübarizədə Bəşər Əsəd hakimiyyəti ilə bir araya gəlməyəcəklərini vurğulamışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !