Azərbaycanlı güləşçi Rəsul Çunayevın erməni güləşçisini məğlub etməsi və əsgər kimi salam verməsi erməniləri narahat edib.
ANN.Az-ın xəbərinə görə, erməni mətbuatı yazır ki, onun bu hərəkətləri azərbaycanlı gənclərdə ermənilərə qarşı nifrət yaradır, bu da barışığa mane olan haldır. Ankakh.com internet portalı Çunayevin bu hərəkəti ilə bağlı ayrıca material hazırlayıb.
Xatırladaq ki, Rəsul Çunayev Özbəkistanda keçirilən böyüklər arasında dünya çempionatında erməni rəqibi üzərində 23 saniyəyə tam qələbə qazanaraq bürünc medala sahib olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !