Əsgər sevgilisi ilə dalaşıb 2 yoldaşını öldürdü

13:45 | 09.12.2014
Əsgər sevgilisi ilə dalaşıb 2 yoldaşını öldürdü

Əsgər sevgilisi ilə dalaşıb 2 yoldaşını öldürdü

Hadisə dekabrın 9-na keçən gecə, yerli vaxtla saat 00.30-da baş verib

 Türkiyə Silahlı Qüvvələrinin 3 əsgərinin Suriya ilə sərhəddə odlu silahdan açılan atəş nəticəsində həlak olmasının detallarına aydınlıq gəlib.
 
ANN.Az türk mediasına istinadən xəbər verir ki, hadisə dekabrın 9-na keçən gecə, yerli vaxtla saat 00.30-da Şanlıurfa vilayətinin Ceylanpınar rayonu ərazisində, Suriya ilə sərhəd xəttində baş verib.
 
Araşdırma nəticəsində aydın olub ki, növbə dəyişikliyi zamanı çavuş Umut Aslan əsgər yoldaşları Kadır Yıldız və Ramazan Yeli avtomat silahı ilə vurub, daha sonra isə özü intihar edib.

Əvvəl türk əsgərlərinin Suriya tərəfindən atılan atəş nəticəsində öldürüldüyü xəbəri verilmişdi.

İlkin ehtimallara görə, əsgər yoldaşlarını güllələyən Umit Aslan qsevgilisi ilə telefonda dalaşdıqdan sonra əsəbləşərək əsgər yoldaşlarına atəş açaraq onları öldürüb. Daha sonra isə özü intihar edib.
 
ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM