Əsgəranda sement zavodu fəaliyyətə başlayacaq - Nazir

17:56 | 22.10.2024
Əsgəranda sement zavodu fəaliyyətə başlayacaq - Nazir

Əsgəranda sement zavodu fəaliyyətə başlayacaq - Nazir

Xocalının Əsəgəran qəsəbəsində illik istehsal gücü 60 000 ton olan sement zavodunun istifadəyə verilməsi nəzərdə tutulub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbaroc öz "X" hesabında oaylaşıb edərək bildirib. 
 
"İllik istehsal gücü 60 000 ton olan "AzCement" sement zavodunda 70 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Zavod işğaldan azad edilmiş ərazilərin infrastrukturunun və sənaye potensialının gücləndirilməsinə, regionun iqtisadi inkişafına töhfə verəcək", - nazir yazıb. 
 
Xocalının Əsgəran qəsəbəsi 2023-cü il sentyabrin 19-20-də Qarabağda keçirilən lokal antiterror tədbirləri məticəsində Azərbaycan Ordusunun nəzarəti altına keçib.
 
Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
 
Qəsəbə Ermənistan tərəfindən 1992-ci ildə işğal olunmuşdu. 
 
Qarabağa Qayıdış Proqramı çərçivəsində 2026-ci ilə qədər Xocaıya əhalinin köçürülməsi nəzərdə tutulub. 
 
Aytac 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM