• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Əsgərimiz şəhid olub

Əsgərimiz şəhid olub
27.12.2013 21:20
18 yaşlı əsgər Sərxan Qasımov döyüş tapşırığını yerinə yetirərkən erməni snayperi tərəfindən vurulubBu gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun işğal altındakı Çaylı kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə Silahlı Qüvvələrimizin əsgəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən 5 yanvar 2013-cü il tarixində hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü Sərxan Vaqif oğlu Qasımov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə əsgər Sərxan Vaqif oğlu Qasımov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Dekabrın 28-də təşkil ediləcək dəfn mərasimində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor V.Məmmədovun rəhbərliyi ilə hərbi hissə və birləşmə komandanlığının nümayəndələri iştirak edəcəklər.Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 23:10
İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident Pezeşkianın Bakı səfərindən görüntülər paylaşdı - Video
Siyasət 22:25
Prezident Pezeşkianın Bakı səfərindən görüntülər paylaşdı - Video
Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Siyasət 21:30
Pezeşkian Bibiheybət məscidini ziyarət edib
İran Prezidenti Bakıda Şəhriyarın şeirini oxuyub - Video
Siyasət 21:26
İran Prezidenti Bakıda Şəhriyarın şeirini oxuyub - Video
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Yenilənib
Siyasət 20:42
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Yenilənib
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
Siyasət 18:50
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Siyasət 11:08
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
İran Prezidenti sabah Azərbaycana gələcək
Siyasət 19:40
İran Prezidenti sabah Azərbaycana gələcək
İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Siyasət 16:58
İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol