Əsgərimizin ayaqlarını kəsdilər - VİDEO

11:17 | 15.08.2014
Əsgərimizin ayaqlarını kəsdilər - VİDEO

Əsgərimizin ayaqlarını kəsdilər - VİDEO

Digər hərbçimiz reanimasiyada ağır vəziyyətdədir.Türkiyədə müalicə alan Azərbaycan əsgərlərindən birinin ayaqları kəsilib. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib. Cəmil Çiçək azərbaycanlı əsgərlərə baş çəkdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən əsgərlərimizdən birinin ayaqlarının kəsildiyini, digərinin isə reanimasiyada ağır vəziyyətdə olduğunu bildirib. Cəmil Çiçək diversiya-təxribat cəhdləri və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərimizin tez bir zamanda sağalmasını diləyib.Qeyd edək ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqınları nəticəsində bir neçə əsgərimiz yaralanmışdı. Yaralanan əsgərlərimizdən üçü avqustun 9-dan müalicələrini Türkiyədə davam etdirirlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb