Əsgərimizin vəziyyəti ağırdır

09:36 | 30.07.2014
Əsgərimizin vəziyyəti ağırdır

Əsgərimizin vəziyyəti ağırdır

22 yaşlı yaralı hərbçi Mustafayev Tural hospitala yerləşdirilibMüdafiə Nazirliyindən erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində yaralanan əsgər barəsində açıqlama verilib.Nazirlikdən verilən məlumata görə, iyulun 29-u axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu yaralanıb.İlkin tibbi yardım göstərildikdən sonra, T.Mustafayev hospitala yerləşdirilib. Vəziyyəti sabit-ağırdır.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən axşam ermənilər Qazaxın Quşcu Ayrım və Abbasbəyli kəndləri istiqamətində atəşkəsi pozub. Milli Ordunun cavab atəşi ilə düşmən susdurulub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM