Avqustun 27-də işğal edilmiş Ağdərə istiqamətində yerləşən Ermənistan ordusunun təlim mərkəzində insident baş verib. İstiPress Ermənistan sosial şəbəkələrində yayılan məlumata əsasən xəbər verir ki, ermənistanlı hərbi qulluqçu Artur Bağdasaryanın vəhşicəsinə döyülməsi gizlədilir.
Üzərində çoxlu döyülmə izləri olmasına və müxtəlif dərəcəli bədən xəsarətləri almasına baxmayaraq komandiri A. Bağdasaryanın hospitala yerləşdirilməsinə icazə verməmiş və baş vermiş olayın gizlədilməsi üçün lazım olan bütün tədbirlər görülüb.
Kazarmada müxtəlif bəhanələrlə saxlanılan hərbi qulluqçunun, sağalana qədər valideyinləri ilə görüşməsinə də imkan verilmir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !