Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına
əsasən, sentyabrın 2-də saat 11.00-da Qurban bayramı münasibətilə bütün
hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” günü
təşkil olunacaq.
Bu barədə "Qaynarinfo" Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmin
gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin
nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə
yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər
yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Müxtəlif
hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə
keçiriləcək "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq,
onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert
proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !